A

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Psixoloji Xidmət Mərkəzinin psixoloqları tərəfindən Maliyyə-İqtisad Kollecində, Qida Sənaye Kollecində, Rus İqtisad Məktəbində tələbələr üçün ilkin psixoloji dəyərləndirmə seansları keçirilib. 

Psixoloqlar Aysel Abdullayeva və Mərziyə Əzməmmədova mərkəzə müraciət edən kollec tələbələrinin psixoloji durumlarının dəyərləndirməsini aparıblar.

Rus İqtisad Məktəbində isə Psixoloji Xidmət Mərkəzinin psixoloqları tərəfindən tələbələr üçün “Liderlik: peşə keyfiyyətləri və şəxsi keyfiyyətlər” mövzusunda təlim keçirilib. Mərkəzin rəhbəri dos.Şəfahət Abdullayeva və  psixoloqlar tələbələrə liderlik bacarıqlarının inkişaf etdirməyin yollarından bəhs ediblər.

Təlimin sonunda tələbələri maraqlandıran suallar cavablandırılıb.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay