A

UNEC-in Rus İqtisad Məktəbində Rusiyanın Ural Federal Universitetinin Beynəlxalq əməkdaşlıq və kommunikasiyalar şöbəsinin müdiri Evgeniya Saburova ilə görüş keçirilib.

İlk öncə Rus İqtisad Məktəbinin direktoru dos.Mənsur Bərxudarovla qarşılıqlı mübadilə proqramları və ikili diplomlar, yay məktəblərinin təşkili məsələləri müzakirə olunub.

Sonra yuxarı kurs tələbələri ilə görüşdə Evgeniya Saburova təmsil etdiyi ali təhsil müəssisəsinin əcnəbi tələbələrə yaratdığı imkanlar barədə təqdimatla çıxış edib.

TOP XƏBƏRLƏR