Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Cəlaləddin Ruminin vəfatının 750-ci ildönümü münasibətilə Türk Mədəniyyət və Miras Vəqfi ilə Türk Dünyası İqtisad fakültəsinin birgə əməkdaşlığı çərçivəsində təşkil edilən tədbirdə Türkiyə Respublikasının Azərbaycandakı səfiri Dos.Dr. Cahit Bağcı, Türk-PA-nın baş katibi Mehmet Süreya Er, Səfirliyin müşavirləri, Maarif Vəqfi, iş dünyası və eləcə də dövlət və özəl sektor təmsilçiləri, professor-müəllim heyəti, tələbələr iştirak ediblər.
Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycanın Dövlət Himni və Türkiyən Respublikasının İstiklal Marşı səsləndirilib.
Tədbirdə Türkiyə Respublikasının Azərbaycandakı səfiri Dos.Dr. Cahit Bağcı çıxışında, türk dünyasındakı dəyərlərin qarşılıqlı tanınması, yayılması və yaşadılmasının zəruri olduğunu vurğulayıb. Azərbaycanın ən tanınmış mənəvi memarlarından birinin Nizami Gəncəvi olduğunu qeyd edən səfir Cahit Bağcı, “Mədəniyyətimiz və inacımızla yoğrulmuş, mayasını mədəniyyətimizin və dini dəyərlərimizin yaratdığı bir insan ön plandadır: Məsnəvidə və digər sahələrdə. Mövlanə və Nizamidən bizə miras qalan dəyər mədəniyyətimizə sahib çıxmağımız və yaşatmamız, insan olaraq bizi formalaşdıran təməl mayanın qədim mədəniyyətimiz və inancımız olduğudur” sözlərini qeyd edib.
UNEC-in Türk Dünyası İqtisad fakültəsinin dekanı Prof.Dr. Mehmet Yüce ise dünyanın ən qədim milləti olan türk millətinin dünya sivilizasiyasına və mədəniyyətinə ciddi töhfələr verdiyini bildirib. Türklərin böyük alimlər yetiştirdiyini deyən Yüce, "Bu şəxsiyətlərdən biri də Mövlanədir, Mövlanə, həyatını tolerantlığa, insan sevgisinə həsr etmiş bir mütəfəkkirdir. Mövlanə, insanlığın mədəniyyət mirasına, Anadolu elmi ve hikməti ilə qaynayıb-qarışan Məsnəvi əsərini hədiyyə etmişdir. Mövlanənin əsas təlimi insan sevgisidir" sözlərini qeyd edib.
Türk Mədəniyyət və Miras Vəqfi layihə müdiri Nuri Aksu da prodüseri ve mətn müəllifi olduğu "Mevlana Celaleddin Rumi: Aşkın Zamanı" sənədli filmi haqqında məlumat verib.
Açılış çıxışından sonra Turan Etno Folk Musiqi qrupunun fərqli musiqi alətləri ilə ifaları tədbirə bir rəng qatıb.
Sonda “Mevlana Celaleddin Rumi: Aşkın Zamanı” adlı sənədli film nümayiş olunub.