A

UNEC-in Rus İqtisad Məktəbində  20 Yanvar-Ümümxalq Hüzn Gününə həsr edilmiş tədbir keçirilib.

Tədbirdə RİM-in direktoru dosent Mənsur Bərxudarov 20 Yanvar hadisələrinin tarixi kökləri, baş vermə səbəbləri, onun ağır nəticələri, bu faciənin səbəbkarlarından söz açıb, 20 Yanvar faciəsinin ümumxalq matəm olması ilə yanaşı, həm də Azərbaycan xalqının iradəsinin sarsılmazlığının, mətinliyinin göstəricisi olduğunu diqqətə çatdırıb, 20 Yanvar faciəsinə dövlət səviyyəsində siyasi-hüquqi qiymət verilməsində Ulu Öndər Heydər Əliyevin rolundan geniş bəhs edib və qalib ölkənin qalib vətəndaşı olması ilə qürur duyduğunu vurğulayaraq, bir daha ölkəmizin başını qara buludların almamasını arzu etdiyini bildirib.

Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay