A

YAP Səbail rayon təşkilatında 7 fevral- növbədənkənar prezident seçkilərində fəal iştirak etmiş gənc partiya üzvləri ilə görüş keçirilib.

Görüşdə YAP Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev, Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) inzibati və təşkilati məsələlər üzrə prorektoru dos.Şaiq Əsgərov, prezident seçkilərində fəallığı ilə fərqlənən UNEC Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) üzvləri iştirak ediblər.

YAP Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev gənclərin seçkilərdə fəal şəkildə iştirak etməsini yüksək qiymətləndirərək, onların ölkənin ictimai-siyasi həyatında hər zaman yaxından iştirak etmələrinin önəmindən danışıb.

Çıxışlardan sonra UNEC THİK-in üzvləri “Təşəkkürnamə” ilə təltif olunublar. 

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay