A

UNEC SABAH Mərkəzinin direktoru dos. Aida Quliyeva SABAH tələbələrinin təhsildə və əmək bazarında yüksək nəticələrə nail olduğunu vurğulayaraq, hazırda əsas prioritetin əldə olunan nəticələrin davamlılığını təmin etməklə yanaşı, tələbələrin elmi tədqiqatlarda iştirakının genişləndirilməsinə dəstək verməkdən ibarət olduğunu qeyd edib.

Əsaslı kitabxananın müdir müavini Yusif Musayev keçirilən təlimlərin məqsədinin elektron resurslardan istifadə səmərəliliyinin artırılması olduğunu diqqətə çatdırmaqla, elektron kitabxana xidmətləri və tədqiqata dəstək mexanizmləri haqqında məlumat verib. Eyni zamanda UNEC KİM tərəfindən abunəliyi təmin olunmuş və açıq fəaliyyət göstərən bibliometrik məlumat bazalarından  effektiv istifadə qaydalarını interaktiv şəkildə iştirakçılara nümayiş etdirib.

Kataloqlaşdırma, kitabişləmə və biblioqrafiya şöbəsinin müdiri Sədaqət Əhmədli isə kitabxana fondlarının formalaşdırılması prosesində tətbiq olunan oxucu sorğularının effektiv cavablandırılması alətlərini, elektron kataloqdan optimal istifadə yollarını və fonda yeni daxil olan ədəbiyyatların əldə edilməsi üsullarını iştirakçıların diqqətinə çatdırıb. 

İnteraktiv təlim zamanı nümunəli izahlar təqdim edilməklə, tələbələrin sualları cavablandırılıb.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay