UNEC Kitabxana-İnformasiya Mərkəzi tərəfindən “Elektron resurslardan istifadə bacarıqları” mövzusunda növbəti təlim Biznes və menecment fakultəsinin tələbələri üçün keçirilib.
Əsaslı kitabxananın müdir müavini Yusif Musayev keçirilən təlimlərin əsas məqsədinin UNEC-də rəqabətcil mütəxəssis hazırlığı prosesində təhsilalanların sənəd-informasiya resurslarına əlçatarlığının artırılması və dəstək verməkdən ibarət olduğunu vurğulamaqla, UNEC-in yenilənmiş elektron kitabxanasından, eləcə də, abunəlik təmin olunmuş və açıq istifadə imkanları təqdim edən bibliometrik məlumat bazalarından səmərəli istifadə üsullarını təlim iştirakçılarına nümayiş etdirib.
4 saylı kitabxananın müdiri Səidə Rzayeva elektron kataloq və kitabxana xidmətlərindən istifadə qaydaları, o cümlədən, oxucu sorğularının səmərəli reallaşdırılması üsulları haqqında təqdimat edib.
Sonda nümunəli izahlar təqdim edilməklə tələbələrin sualları cavablandırılıb və UNEC Kitabxana-İnformasiya Mərkəzinin ənənəvi “KitabAt” layihəsi çərçivəsində toplanmış kitablar təlim iştirakçılarına təqdim olunub.