A

Mayın 6-da Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü münasibətilə “Heydər Əliyev və Azərbaycanın müasir inkişafı” mövzusunda Texnologiya və dizayn fakültəsinin tələbələri arasında keçirilən rəsm müsabiqəsinin qalibləri məlum olub.Münsiflər heyətinin qərarı ilə I yerə Nərmin Ağalarzadənin rəsm əsəri layiq görülüb. Nuranə Xəlilova ilə Safura İsfəndiyarlının əl işləri II, Leyla Məmmədova, Nərmin İsmayılzadə və Nərmin Seyidova isə III yerdə qərarlaşıb. Qaliblər fəxri fərmanla təltif edilib.UNEC-də müsabiqəyə təqdim edilən əsərlərdən ibarət sərgi də təşkil edilib. Sərgi Ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunan elmi sessiyanın iştirakçılarına nümayiş olunub.

 

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay