A

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Rus İqtisad Məktəbində 31 mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı tədbir keçirilib.

Öncə soyqırım qurbanlarının və torpaqlarımız uğrunda canlarından keçən qəhrəman Vətən övladlarının unudulmaz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri direktor müavini dosent Anar Eyyubov açaraq, ermənilərin azərbaycanlılara qarşı törətdiyi vəhşiliklər barədə faktlara və tarixi sənədlərə əsaslanan məlumatları diqqətə çatdırıb.

A.Eyyubov ermənilərin xalqımıza qarşı həyata keçirdikləri soyqırımları, etnik təmizləmə və deportasiya siyasəti barədə məlumat verərək, mənfur qonşularımızın tarix boyu “Böyük Ermənistan” xülyası ilə yaşadıqlarını və hər zaman torpaqlarımıza göz dikdiyini söyləyib. O, keçirilən bu tədbirlərin gənc nəsildə vətənə sevgi hisslərinin, milli vətənpərvərlik ruhunun aşılanması və Azərbaycan tarixinin təbliğ olunması baxımından əhəmiyyətli rola malik olduğunu qeyd edib.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay