A

UNEC-in Biznes və menecment fakültəsində COP 29 çərçivəsində "İşğal altında olmuş torpaqlarda törədilən ekoloji terror” mövzusunda təqdimat keçirilib.

"Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ilə bağlı UNEC-in 2024-cü il üçün Tədbirlər Planının 3.4. bəndinə uyğun olaraq “Biznes və menecment” fakültəsində “Biznes və logistika” kafedrasının baş müəllimi  Afaq Aslanova  tərəfindən “İşğal altında olmuş torpaqlarda törədilən ekoloji terror” mövzusunda tələbələr qarşısında maarifləndirici təqdimatla çıxış edib.

 Mövzu ilə əlaqədar A.Aslanova ekoloji terrorizmin müasir dünyada artan narahatlığından bəhs edərək, planetimizin çirklənmə, meşələrin qırılması və iqlim dəyişikliyi ilə bağlı artan təhlükələrlə üzləşdiyi üçün bu problemlərin həlli barədə məlumatlar verib. Bundan əlavə, təqdimatda ölkəmizin işğal olunmuş torpaqlarda ekoloji terrorun törədildiyini vurğulayıb.

Yekunda tələbələri maraqlandıran suallar ətrafında diskurssiya aparılıb.

 

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay