A

UNEC-in Biznes və menecment fakültəsində ətraf mühitin mühafizəsi və davamlılığının əhəmiyyəti haqqında maarifləndirmə məqsədi daşıyan “Yaşıl Vətən” mövzusunda açıq dərs keçirilib.

Təqdimatlı şəkildə keçirilən açıq dərsdə çıxış edən Biznes və logistika kafedrasının dosenti Gülnarə Əzizova gələcək nəsillərin inkişafı üçün əlverişli və dayanıqlı ekosistemin yaradılması konsepsiyasının vacibliyini bildirib.

Açıq dərs zamanı tələbələrə ətraf mühitin mühafizəsi haqqında məlumatlar təqdim edilib. Həmçinin ekologiyanın çirklənməsi, meşələrin qırılması və iqlim dəyişikliyi kimi insan fəaliyyətinin ətraf mühitə təsiri izah edilmiş və bu problemlərin potensial həll yolları müzakirə edilmişdir.

Tədbirdə eyni zamanda çıxış edən tələbələrdən Əzizə Abdullayevanın “Ətraf mühitin qorunması prioritetdir”, Elmir Zeynalzadənin “Yaşıl dünya naminə” və Xanım Qasımzadənin “Yaşıl reklamlar” mövzusunda təqdimatları iştirakçılar tərəfindən böyük maraqla dinlənilib.

Biznes və menecment fakültəsinin dekanı dos.Mirağa Əhmədov “Yaşıl Vətən” mövzusunda keçirilən açıq dərsin tələbələr üçün əhəmiyyətini qeyd edərək, bildirib ki, gənclərə vətəni qorumaq üçün bilik və bacarıqlar verməklə, hamı üçün daha parlaq və yaşıl gələcək yarada bilərik.

Yaşıl vətən mövzusunda keçirilmiş açıq dərs əsnasında insan fəaliyyətinin ətraf mühitə təsiri, planetimiz və gələcək nəsillər üçün təhlükə yaradan iqlim dəyişikliyi barədə təqdimatlar nümayiş etdirilib.

TOP XƏBƏRLƏR