A

May ayının 12-də UNEC-in şəhid məzunu Məhəmməd Qarayevin anım günüdür.

Şəhidin anım günündəUNEC-in Biznes və logistika kafedrasının müəllimi Ayaz Tağıyev və tələbələr Məhəmməd Qarayevin  məzarını ziyarət edərək, ailəsinə başsağılığı veriblər.

Qarayev Məhəmməd Mahir oğlu 2001-cü il noyabr ayının 16-da Qəbələ şəhərində anadan olub. 2007-2018-ci illərdə Qəbələ şəhəri 4 saylı orta məktəbində təhsil alıb. 2018-2022-ci illər ərzində Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Biznes və menecment fakültəsində təhsil alıb. 2022-ci  ilin iyul ayında həqiqi hərbi xidmətə yollanıb. 

Mayın 12-də Kəlbəcər istiqamətində düşmən təxribatının qarşısı alınarkən qəhrəmancasına  həlak olub.

Allah rəhmət eləsin!

TOP XƏBƏRLƏR