A

UNEC-in Dizayn məktəbində "Məişət zorakılığının qarşısının alınması və onunla mübarizə" mövzusunda maarifləndirici tədbir keçirilib.

Tədbiri giriş sözü ilə açan UNEC Dizayn məktəbi Dizayn kafedrasının müdiri dos.Elfanə Qasımova mövzunun əhəmiyyətindən danışaraq, yüz il bundan əvvəl də zorakılığın olması, yüz il bundan sonra da olacağı və bu gün də məişət zorakılığı ilə bağlı problemlər öz aktuallığını saxladığını bildirib. Cəmiyyətdə və məişətdə qadına qarşı zorakılıq, zorakılığın formaları, erkən və məcburi nikah barədə, ölkədə məişət zorakılığına qarşı məqsədyönlü tədbirlərin həyata keçirildiyi haqda ətraflı məlumat verib.

Dizayn kafedrasının b/m.Əli Əliyev öz çıxışında məişət zorakılığının Azərbaycanda geniş yayılmış gender problemi olduğunu qeyd edib. Demək olar əksər ailələrdə məişət zorakılığı özünü müəyyən formalarda biruzə verir.

Kimdəsə bu fiziki, cinsi şiddət, kimdəsə də psixoloji təzyiq və təcrid edilmə kimi formalarda müşahidə olunur. Bu gün dünyanın ən mühüm problemlərindən biri olan məişət zorakılığının qarşısının alınması üçün güclü qanunvericilik və dövlət dəstəyi ilə yanaşı, cəmiyyət özünü, xüsusilə vətəndaş cəmiyyətinin zorakılıq hallarına adekvat reaksiya verməli olduğunu vurğulayıb.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay