A

UNEC Dizayn Məktəbində “İnsan alverinə qarşı mübarizə” mövzusunda maarifləndirici tədbir keçirilib.

UNEC Dizayn məktəbinin direktoru, dos.Lalə Məmmədova bu gün dünyada insan alverinin öz miqyasına görə silah alverindən sonra ikinci ən geniş və ən çox gəlir gətirən sahə hesab olunduğu, insanlarla ticarətin həm dövlət daxili, həm də beynəlxalq qanunvericilikdə cinayət hesab edilməsi və qadağan olunması haqqında məlumatları tələbələrin diqqətinə çatdırıb.

Dizayn kafedrasının müdiri dos.Elfanə Qasımova insan alveri cinayətlərinin profilaktikasında və ictimaiyyətin məlumatlandırılmasında xüsusi əhəmiyyət kəsb edən kütləvi informasiya vasitələrinin imkanlarından da geniş istifadə olunması, görülən işlər, əldə olunan nəticələrin qəzetlərdə, jurnallara, habelə müxtəlif teleradio kanallarında və ayrı-ayrı informasiya agentliklərində işıqlandırılmalı olduğunu vurğulayıb.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay