A

Azərbaycan Dövlət İqtisad Universitetinin UNEC Dizayn məktəbində Sağlam həyat tərzi” mövzusunda maarifləndirici tədbir keçirilib.

UNEC Dizayn məktəbinin direktoru dos.Lalə Məmmədova ölkəmizdə əhalinin sağlamlıq vəziyyətinin yaxşılaşdırılması ilə bağlı mühüm tədbirlərin həyata keçirilməsi, qanunvericilik bazasının təkmilləşdirilməsi, yeni və müasir standartlara cavab verən səhiyyə ocaqlarının istifadəyə verilməsi, bu sahədə maarifləndirmə işinin aparılması, sağlam həyat tərzinin təbliği, zərərli vərdişlərdən çəkinmək və xilas olmaq haqqında tələbələrə dəyərli məlumatlar verib.

Dizayn kafedrasının müdiri dos. Elfanə Qasımova sağlam həyat tərzini qəbul etmək və ona sadiq qalmağın müxtəlif sahələri – qidalanma, fiziki aktivlik, emosional sağlamlıq, sosial əlaqələr və şəxsi inkişafla bağlı tələbələri məlumatlandıraraq, sağlam həyat tərzinin, həm bədən, həm də zehni sağlamlığımız üçün vacib olduğunu və bu yolda atılan hər bir addımın onları daha sağlam və mənalı bir həyata apardığını qeyd edib.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay