A

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) İqtisadiyyat və idarəetmə fakültəsində COP29 çərçivəsində açıq mühazirə keçirilib.

Tədbirdə İqtisadiyyat və idarəetmə fakültəsinin dekan müavini, dosent Müşrəvan Əliyev"İctimai idarəetmə və sosial innovasiyalar" kafedrasının müdiri, dosent Elşən Məmmədov çıxış edərək, tələbələrə İqlim dəyişikliyi və COP29-la bağlı tədbirlərin keçirilməsinin əhəmiyyətinin danışaraq, insanların məlumatlılıq səviyyəsinin artırılmasının zəruriliyini diqqətə çatdırıblar. 

Məruzəçi Həsən Əliyev adına Coğrafiya institutunun aparıcı elmı işçisi Həsən Nəbiyev “Azərbaycanda iqlim dəyişmələri və onun təzahürü” mövzusunda çıxış edərək, dünyada baş verən iqlim dəyişmələrindən, onların yaranma səbəblərindən (həm antropogen, həm də təbii amillər) danışıb, Azərbaycanda bununla əlaqədar baş verən hadisələrdən, temperaturun artması, yağıntının azalması, buzlaqların əriməsi, çayların səviyyəsinin aşağı düşməsindən, Xəzərin səviyyə tərəddüdlərinin səbəblərindən, ölkədə iqlim dəyişmələrinə uyğunlaşma yollatından, atmosferə atılan zərərli qazların (xüsusilə CO2) miqdarını azaltmaq üçün  ölkəmizin öhdəliklərindən və onların müvəffəqiyyətlə yerinə yetirilməsindən bəhs edib.

Sonra tədbirdə "İctimai idarəetmə və sosial innovasiyalar" kafedrasının dosenti Fərhad Eminov tələbələrə dünyada mövcud ekoloji problemlərdən, onun insanların sağlamlığına vurduğu zərərlərdən danışıb.

Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay