A

UNEC-in Ümumi fənlərin tədrisinin təşkili departamentində COP 29 çərçivəsində “İşğal altında olmuş torpaqlarda törədilmiş ekoloji terror” mövzusuna həsr olunmuş  maarifləndirici dərs keçirilib.

“Azərbaycan dili” kafedrasının dosenti Mətanət Əmrahovanın keçdiyi dərsdə Ermənistanın 30 ilə yaxın müddət ərzində işğal etdiyi ərazilərimizin təbii sərvətlərinə və ətraf  mühitinə külli miqdarda vurduğu ziyan,  təbii sərvətlərimizin qanunsuz istismarı və bu qanunsuzluqların regiondakı ekoloji tarazlığa vurduğu zərərlər barədə tələbələrə məlumat verib.

Seminarda Biznes və menecment fakültəsinin tələbələri İsmayıl İbayev, Ziya Əhmədov, Hüseyn Ağamalıyev Ermənistan silahlı qüvvələrinin işğal etdiyi ərazilərdə ətraf mühitin mühafizəsinə dair qəbul olunan beynəlxalq normativ hüquqi sənədlərdən bəhs edən təqdimatlarla çıxış ediblər.

TOP XƏBƏRLƏR