A

UNEC-in İqtisadiyyat və idarəetmə fakültəsinin "Beynəlxalq münasibətlər" ixtisasının bir qrup tələbəsi və fakültənin müəllimləri 28 May- Müstəqillik Gününü Şuşada qeyd ediblər.  Səfər zamanı tələbələrə Zəfər tariximizdən danışılıb. Dos. Anar Eyyubov bu günü milli kimliyimizin  rəmzi olan Şuşada qeyd etməyin çox böyük simvolik məna daşıdığını qeyd edib. 

Səfər çərçivəsində tələbələrə Şuşanın zəngin təbiəti, tarixi-mədəni irsi barədə məlumat verilib. Tələbələr Xurşidbanu Natəvanın dağıdılmış imarətini, Şuşa qalasını, Saatlı məscidini, Yuxarı Gövhər Ağa məscidini, Azərbaycan şairi Vaqifin ev-muzeyini ziyarət ediblər, Cıdır düzündə olublar.

UNEC kollektivi Şuşanın azadlığı uğrunda canından keçmiş şəhidlərimizi rəhmətlə, qazilərimizi isə böyük hörmət və ehtiramla anıblar.

TOP XƏBƏRLƏR