A

11 aprel 2023-cü il tarixində Laçın istiqamətində düşmən təxribatının qarşısını alarkən şəhidlik zirvəsinə ucalmış Azərbaycan Ordusunun hərbi qulluqçusu, Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) “Maliyyə və mühasibat” fakültəsinin 2007-ci il məzunu Vidadi Nizami oğlu Zalovun iyul ayının 17-də doğum günü idi. Yaşasaydı 39 yaşı olacaqdı.

UNEC-in Maliyyə və mühasibat fakültəsinin dekanı dosent Hafis Hacıyev, Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri İlkan Əliyev və fəal tələbələr şəhidin məzarını ziyarət edərək, əziz xatirəsini ehtiramla yad ediblər, məzarı önünə gül dəstələri düzüblər. 

Sonra Abşeron rayonunun Saray qəsəbəsində şəhidin ailə üzvləri ilə görüşüblər.

TOP XƏBƏRLƏR