A

UNEC-in Rus İqtisad Məktəbinin direktoru dosent Mənsur Bərxudarov və fakültə əməkdaşlarının I kurs tələbələri ilə görüşü keçirilib.

Birinci kursları tələbə adını qazanmaları münasibəti ilə təbrik edən M.Bərxudarov, onlara təhsillərində uğurlar arzulayıb.

Görüş zamanı fakültəyə qəbul barədə də məlumat verilib. Bildirilib ki, fakültəyə “Maliyyə”, “Mühasibat”, “İqtisadiyyat”, “Ekologiya”, “Sosial iş”, Beynəlxalq ticarət və logistika”, “Biznesin idarə edilməsi”, “Menecment”, “Marketinq”, “Beynəlxalq münasibətlər” ixtisasları üzrə 381 tələbə qəbul olub. Fakültə üzrə ən yüksək nəticənin “Maliyyə” ixtisası üzrə 612 bal olduğu qeyd edilib.

M.Bərxudarov UNEC-də gənclər üçün yaradılmış imkanlardan da bəhs edib. Tələbələrə ikili diplom, beynəlxalq mübadilə proqramları, tələbə təşkilatları, startap fəaliyyəti barədə ətraflı məlumat verib.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay