A

UNEC-in Rəqəmsal İqtisadiyyat fakültəsində COP29 çərçivəsində “Qlobal iqlim dəyişmələri” mövzusunda tədbir keçirilib.

Tədbirdə fakültənin dekanı dosent Elman Cəfərov çıxış edərək,  dünyanın ən nüfuzlu tədbirlərindən biri olan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının - COP29-un bu il ölkəmizdə keçirilməsinin əhəmiyyətindən danışıb.

Sonra “Mühəndislik və tətbiqi elmlər” kafedrasının dosenti Ramil Sadıqov “Qlobal iqlim dəyişmələri” mövzusunda təqdimatla çıxış edib. Təqdimat zamanı tələbələrə planetimizin üzləşdiyi ən böyük problemlərdən biri qlobal iqlim dəyişmələri nəticəsində baş verən qlobal istiləşmə və onun yaratdığı fəsadlar, eləcə də bu fəsadların aradan qaldırılması yolları barədə məlumat verilib.

İnteraktiv formada təşkil olunan tədbirdə tələbələri maraqlandıran suallar cavablandırılıb.

TOP XƏBƏRLƏR