A

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Maliyyə və mühasibat fakültəsində 27 Sentyabr – Anım Günü münasibətilə xüsusi dərs keçirilib.

Dərs Vətənimizin ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb.

Dərsi giriş sözü ilə Maliyyə və mühasibat fakültəsinin dekanı dosent Hafis Hacıyev açaraq, ölkəmizə qarşı erməni işğalçılığına və təxribatlarına cavab olaraq 2020-ci ilin sentyabrın 27-dən başlayan 44 günlük Vətən müharibəsini Azərbaycanın qəhrəmanlıq tarixinin ən şanlı səhifələrindən biri kimi dəyərləndirib,  tarixi Zəfər yürüşündə şəhidlik zirvəsinə ucalan qəhrəman övladlarımızın daim dərin ehtiram və minnətdarlıq hissi ilə yad edildiyini bildirib və onların əziz xatirəsinin heç zaman unudulmayacağını qeyd edib. 

Humanitar fənlər” kafedrasının baş müəllimi, tarix üzrə fəlsəfə doktoru Cəmilə Həsənova “27 Sentyabr – Anım Günümüzdür” mövzusunda çıxış edərək 44 gün davam edən Vətən müharibəsinin Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi, xalq-ordu birliyinin möhtəşəm Qələbə ilə başa çatmasının hər bir Azərbaycan vətəndaşının qəlbində böyük qürur və iftixar hissi yaratdığından, Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan igidlərin qəhrəmanlıqlarından bəhs edib, 30 ildən bəri işğal altında olan şəhər və kəndlərimizin azad olunmasının, ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin bərpa edilməsinin, məcburi köçkünlərin köçkünlük həyatının sona çatması və doğma yurdlarına qayıtmaq imkanlarının yaradılmasının müasir tariximizin ən möhtəşəm hadisəsi olduğunu vurğulayıb.

Tədbirin sonunda tələbələrin fikirləri dinlənilib və onları maraqlandıran suallar cavablandırılıb.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay