A

Beynəlxalq İqtisadiyyat Məktəbinin (ISE)  7 tələbəsi “ASAN Akademiya-2024” layihəsindən məzun olub!

ASAN Könüllüləri Təşkilatının və #bpAzərbaycan şirkətinin dəstəyi ilə 4 ay davam edən layihə müddətində tələbələr üçün peşəkar mütəxəssislər tərəfindən insan resurslarının və layihələrin idarəedilməsi, ictimaiyyətlə əlaqələr və marketinq, data analitika, beynəlxalq əlaqələr və diplomatiya, hüquq və innovasiya modulları üzrə xüsusi proqram tədris olunub. 4 aylıq xüsusi təlim-tədris proqramını başa vuran gənclər diplomlarla təltif ediliblər.

Tələbələrimizi təqdim edirik:

  1. Əbülfəz İbrahimli- Maliyyə, II kurs
  2. Polad Atayev- Maliyyə, II kurs
  3. Əli Niftəliyev- Maliyyə, II kurs
  4. Nəzrin İsmayılova- Maliyyə, II kurs
  5. Arzu Rzayeva- Maliyyə, III kurs
  6. Orxan Nuriyev- Biznesin idarə edilməsi, II kurs
  7. Validə Abbasova- Biznesin idarə edilməsi, II kurs

Tələbələrimizi təbrik edirik, onlara uğurlar arzulayırıq!

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay