A

UNEC-in Rus İqtisad Məktəbində Naxçıvan Muxtar Respublikasının yaradılmasının 100 illiyinə həsr olunmuş seminar keçirilib.

Tədbirdə Rus İqtisad Məktəbinin direktor müavini dos.Anar Eyyubov Muxtariyyətin yaranması ərəfəsində regionda ictimai-siyasi vəziyyət, Moskva və Qars müqavilələrinin bir əsr boyunca Naxçıvanın Azərbaycanın tərkibində qalmasında oynadığı rol haqqında geniş məlumat verib. Muxtar Respublikanın yaradılması və Azərbaycanın tərkibində qalmasına müxalif qüvvələrin ziddiyyətli hərəkətləri, Türkiyə Cümhuriyyətinin proseslərə qəti mövqeyinin həlledici amil olmasına toxunub. Həmçinin A.Eyyubov tədbirdə müstəqillik əldə olunduqdan sonra Ulu Öndərin fəaliyyəti və cənab Prezident İlham Əliyevin atdığı qəti addımlar nəticəsində Naxçıvan Muxtar Respublikasının öz mövcudluğunu, muxtariyyətini qoruduğunu və iqtisadi rifah dövrünü yaşadığını bildirib.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay