A

UNEC-in Ümumi Fənlərin Tədrisinin Təşkili Departamentinin və “Azərbaycan dili” kafedrasının birgə təşkilatçılığı ilə professor-müəllim heyəti tərəfindən “Dilimiz–milli varlığımızdır” mövzusunda şeir müsabiqəsi keçirilib.

Tələbələr çıxışlarında hər bir insanın maddi və mənəvi irsini qoruyan və inkişaf etdirən ən mühüm, ən güclü vasitənin dil olduğunu bildiriblər. Həmçinin Ana dilinin insanın mənəvi aləminin zənginləşməsində, dünyagörüşünün genişlənməsində, öz soydaşları ilə ünsiyyət qurmasında mühüm rol oynadığını vurğulayıblar.

Müsabiqədə Beynəlxalq İqtisadiyyat Məktəbinin (ISE) tələbələrindən Ülvi Həbibli, Əsmər Həsənli, Xədicə Həsənova, Raul Axundov, Aysel Şirinova, Fidan Məmmədova, Biznes və menecment fakültəsindən Xədicə Hacıyeva, Anar Həsənov, Mühəndislik fakültəsinin tələbələrindən Xumar Qurbanova, Validə Baxşiyeva və başqaları xüsusilə fərqlənərək, qalib elan olunublar.

TOP XƏBƏRLƏR