A

UNEC-in Rus İqtisad Məktəbində hüquqi maarifləndirmə mövzusunda silsilə tədbirlər keçirilib.

Silsilə tədbirlərdə "İqtisadiyyat" kafedrasının müəllimi Elza Əhmədova tələbələrə insan haqları və Azərbaycan Konstitusiyası mövzusunda açıq mühazirə oxuyub. Mühazirədə E.Əhmədova tələbələrə hərbi məhkəmədə çalışdığı illərə aid hüquqi məsələlərdən bəhs edərək, bu istiqamətdə təcrübələrini bölüşüb və Azərbaycan qanunvericiliyində insan haqlarının müdafiəsi ilə bağlı maddələri tələbələrin diqqətinə çatdırıb.

"İnsan alverinin təhlükəsizliyi: bizdən nə asılıdır?" mövzusuna həsr olunan tədbirdə isə tələbələrə Daxili İşlər Nazirliyinin elektron resursları, təbliğat xarakterli videoçarxları nümayiş etdirilib.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay