A

UNEC-in Rus iqtisad Məktəbində 18 Oktyabr – Dövlət Müstəqilliyinin Bərpası Gününə həsr olunan tədbir keçirilib.

Tədbirdə RİM-in direktor müavini, tarix üzrə fəlsəfə doktoru Anar Eyyubov çıxış edərək, 18 oktyabr 1991-ci il tarixində "Azərbaycanın dövlət müstəqilliyi haqqında" Konstitusiya Aktının qəbul edilməsi ilə ölkəmizdə Şərqdə ilk respublikanın varisi kimi Azərbaycan tarixinin yeni dönəminin - müstəqil inkişaf dövrünün başlandığını qeyd edib. Ulu Öndərin xalqın istəyi ilə Azərbaycana qayıdışı ilə müstəqilliyimizin təhlükə altına düşməsinin qarşısının almasından danışan A.Eyyubov Ulu Öndər tərəfindən qorunub saxlanılan müstəqilliyimizin bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə daha da möhkəmləndirildiyini və onun əbədiliyinin təmin edildiyini diqqətə çatdırıb.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay