A

UNEC-in Ümumi fənlərin tədrisinin təşkili Departamentinin  “Humanitar fənlər” kafedrasının təşkilatçılığı ilə COP 29-a həsr olunmuş tədbir keçirilib.

Tədbiri giriş sözü ilə açan kafedranın dosenti Bədəl Əhmədov COP 29 beynəlxalq tədbirinin Azərbaycanda keçirilməsinin əhəmiyyətindən danışaraq, tələbələri mövzu ilə bağlı məlumatlandırıb. O, çıxışında “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində işğaldan azad olunmuş ərazilərdə erməni vandalları tərəfindən dağıdılmış tarixi abidələrimizin bərpa olunması istiqamətində görülən işlərdən də söz açıb. B.Əhmədov COP29-un  nümayəndələrinin ekoloji terrorun nəticələrinin canlı şahidi olmaları üçün həmin bölgələrə səfərlərinin təşkil olunmasının, video-çarxların nümayiş etdirilməsinin zərurliyini qeyd edib.

Tədbirin sonunda tələbələrin sualları cavablandırılıb.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay