A

UNEC-in Beynəlxalq İqtisadiyyat Məktəbində ( ISE) 18 Oktyabr - Müstəqilliyin Bərpası Gününə həsr olunan tədbir keçirilib.

Tədbirdə “Beynəlxalq iqtisadiyyat və biznes” kafedrasının müəllimi Nəzrin Axundzadə və “Azərbaycan dili” kafedrasının müəllimi Mətanət Əmrahova ISE-nin I kurs tələbələri üçün mövzu ilə bağlı təqdimatla çıxış ediblər. Təqdimat zamanı tələbələrə müstəqil Azərbaycanın dövlətçilik modeli və müasir Azərbaycanın inkişaf strategiyası barədə ətraflı məlumat verilib. 18 oktyabrın dövlətçilik tariximizdə müstəsna əhəmiyyətə malik olduğundan, dövlət müstəqilliyinin bərpasında və qorunub saxlanılmasında Ulu Öndər Heydər Əliyevin əvəzsiz xidmətlərindən danışıblar.

Sonda mövzu ətrafında tələbələrlə öz fikirlərini bölüşüblər.

TOP XƏBƏRLƏR