UNEC Dizayn Məktəbi və UNEC Tələbə Həmkarlar İttifaqı Komitəsinin birgə təşkilatçılığı ilə Müstəqillik Gününün bərpasına həsr olunan sərgi-müsabiqə keçirilib.
Sərgi-müsabiqədə UNEC Dizayn Məktəbi, Rəqəmsal İqtisadiyyat və Mühəndislik fakültələrinin tələbələrinin maraqlı rəsm əsərləri nümayiş olunub. Müsabiqənin qalibləri UNEC Tələbə Həmkarlar İttifaqı Komitəsi tərəfindən diplom və hədiyyələrlə təltif olunublar.
Qalibləri təqdim edirik:
I yer – Rəqəmsal iqtisadiyyat fakültəsinin I kurs tələbəsi Validə Abdullayeva
II yer – UNEC Dizayn məktəbinin I kurs tələbəsi Mehriban Məmmədova
III yer – UNEC Dizayn məktəbinin III kurs tələbəsi Nigar Əliyeva
Qalibləri təbrik edirik, yeni uğurlar arzulayırıq!