×

Xəbərdarlıq

Joomla\CMS\Cache\Storage\FileStorage::_deleteFolder JFolder: :delete: Kataloqu silmək alnmadı. Yol: /home/news/web/news.unec.edu.az/public_html/cache/page


A

UNEC Dizayn Məktəbinin təşkilatçılığı ilə “Narkomaniya və onunla mübarizə” mövzusunda maarifləndirici tədbir keçirilib.

Tədbirdə məktəbin direktoru dos. Lalə Məmmədova, “Dizayn” kafedrasının müdiri dos.Elfanə Qasımova və kafedranın müəllimi Nərminə Namazova iştirak ediblər.

Çıxışlarında dövrümüzün ağır bəlasına çevrilən narkomaniyanın zərərlərindən, insan sağlamlığına vura biləcək təhlükələrdən, eləcə də narkotik vasitələrə yaranan asılılıqdan və ölkəmizdə narkomanlığa qarşı aparılan mübarizədən danışaraq, şəxsiyyətin formalaşması üçün cəmiyyətin nə qədər önəmli faktor olduğunu bildiriblər.

Kafedranın müəllimi Nərminə Namazova narkotiklərin qanunsuz dövriyyəsindən, cəmiyyətə vurduğu saysız hesabsız ziyanın həcmindən danışıb.  

Sonda iştirakçıları maraqlandıran suallar dolğun şəkildə cavablandırılıb.

TOP XƏBƏRLƏR