A

UNEC-in Mühəndislik, Rəqəmsal iqtisadiyyat fakültələri, Dizayn Məktəbi və Laboratoriya işlərinin təşkili mərkəzinin professor-müəllim, inzibati və tələbə heyətinin iştirakı ilə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən icbari tibbi sığortanın təbliği məqsədilə maarifləndirici təlim keçirilib.

Təlimdə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Marketinq və ictimaiyyətlə əlaqələr departamentinin aparıcı məsləhətçisi Emil Lətifov icbari tibbi sığorta haqları, istifadə üçün tələb olunan sənədlər, xidmətlər zərfi ilə təminata alınan tibbi xidmətlər, onun elektron axtarış sistemi, dövlət və özəl tibb müəssisələrində icbari tibbi sığortadan istifadə qaydası, sağlam həyat tərzinin təbliği məsələlərini əhatə edən təqdimatla çıxış edib.

Təqdimat başa çatdıqdan sonra iştirakçıların çoxsaylı sualları cavablandırılıb.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay