UNEC Rus iqtisad Məktəbində Konstitusiya Gününə həsr olunan tədbir keçirilib.
Tədbiri giriş sözü ilə məktəbin direktor müavini Anar Eyyubov açaraq, Azərbaycan Respublikası Konstitusiyasının yaranma tarixindən danışıb. O, çıxışında müasir dövrdə ayrı-ayrı ölkələrdə bu istiqamətdə olan fərqliliklərdən, Azərbaycan Respublikasının Konstitusiyasının mütərəqqiliyindən bəhs edib.
Sonda tələbələrin mövzu ilə bağlı sualları cavablandırılıb.