UNEC-in Ümumi Fənlərin Tədrisinin Təşkili Departamentinin (ÜFTTD) baş müəllimi Samirə Əhmədovanın təşkilatçılığı ilə Zəfər Gününə həsr olunmuş “Xarı bülbül” adlı təqdimat müsabiqəsi keçirilib.
Tədbirin açılışında Dövlət Himni səsləndirilib, Vətənimizin ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
ÜFTTD-nin direktoru dos. Gülnarə Rzayeva iştirakçıları Zəfər Günü münasibəti ilə təbrik edərək, onlara uğurlar arzulayıb. O, belə müsabiqələrin tələbələrin müstəqil düşünmə bacarıqlarının və onların yaradıcı təfəkkürünün, mövcud intellektual bazalarının inkişafı üçün əlverişli şərait yaratdığını qeyd edib.
Gərgin və həyəcanlı keçən müsabiqədə 1-ci yerin qalibi İSE-nin tələbəsi Zeynəb Abbasova, 2-ci yerə Maliyyə və mühasibat fakültəsinin tələbəsi Rəfiqə Caniyeva, 3-cü yerə isə Maliyyə və mühasibat fakültəsinin tələbəsi Famil Məmmədov layiq görülüb. Qaliblərə simvolik hədiyyələr və digər iştirakçıları isə sertifikatlar təqdim edilib.