A

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Dizayn Məktəbində 9 Noyabr-Dövlət Bayrağı Gününə həsr olunan tədbir keçirilib.

Tədbiri UNEC Dizayn Məktəbinin direktoru dos.Lalə Məmmədova açaraq, dövlət bayrağının təsis olunması tarixi və müstəqil ölkəmizdə dövlət atributu kimi ona göstərilən diqqətdən danışıb. L.Məmmədova bildirib ki, Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan bu bayraq bizim azadlıq məfkurəmizə, milli dəyərlərimizə və ümumbəşəri ideallara sadiqliyimizi nümayiş etdirir.

Sonra "Dizayn" kafedrasının müdiri dos.Elfanə Qasımova milli dövlətçiliyimizin mühüm rəmzlərindən biri olan bayrağımızın, müstəqilliyimizin əzəmətini əks etdirməsindən danışıb. O, millət və dövlət kimi varlığımızın sübutu, uğrunda minlərlə vətən övladının canından keçdiyi bayrağımız bu gün Azərbaycanın hər yerində dalğalanmağını xüsusi qeyd edib.

Dizayn kafedrasının müəllimi Nərminə Namazova çıxış edərək, üçrəngli bayrağın Azərbaycanımızın müstəqilliyinin, xalqımızın milli mənsubiyyətinin, tarixinin, mənəvi dünyasının rəmzi olmasından danışıb.

Sonda tələbələrin sualları cavablandırılıb.

TOP XƏBƏRLƏR