A

UNEC-də Ümumi Fənlərin Tədrisinin Təşkili Departamenti“Karyera planlaşdırılması və inkişafı” kafedrasının təşkilatçılığı ilə tələbələr arasında maarifləndirici tədbirlərin keçirilməsi davam edir.

Bu dəfəki tədbir Zəfər Gününə həsr olunmuş intellektual yarış olub.

Biznes və menecment fakültəsiTələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) dəstəyi ilə keçirilən yarışdan öncə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan “Karyera planlaşdırılması və inkişafı” kafedrasının müdiri s.e.ü.f.d. Rəşad Məhərrəmov yarış barədə iştirakçılara məlumat verib. Bildirib ki, intellektual müsabiqələr tələbələrin yaradıcı təfəkkürünün, müstəqil düşümə bacarıqlarının və intellektual biliklərinin daha da inkişafına şərait yaradır.

Ümumilikdə 6 komandanın iştirakı ilə keçirilən yarışda “Apokalipsis” komandası qalib olub. Qalib komandanın üzvləri olan İqtisadiyyat və idarəetmə fakültəsinin tələbələri Aqşin Hacıyev (kapitan), Cavid Səlimli, İbrahim Abbasov, Fəxriyyə Əzizzadə və Biznes və menecment fakültəsinin tələbəsi Əlihüseyn Əlizadə “İnnab Business School” tərəfindən “Exell Expert-MOSE” beynəlxalq sertifikat imtahanında ödənişsiz iştirak etmək hüququ qazanıblar. Bundan əlavə, yarışda aktiv iştirak edən 10 tələbə üçün “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi-ASCO” tərəfindən Suraxanı Gəmi Muzeyinə ödənişsiz ekskursiya təşkil olunub.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay