A

ÜFTTD-nin “Humanitar fənlər” kafedrasının təşkilatçılığı ilə Zəfər Gününə həsr olunan tədbir keçirilib.

Tədbirdə kafedranın müdiri prof.Vəkil Həsənov geniş məruzə ilə çıxış edib. Məruzəçi Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün tarixinə nəzər yetirərək, torpaqlarımızın 20 faizinin işğal edilməsinin acı nəticələrini faktlarla şərh edib. Həmçinin, 2016-cı ilin Aprel döyüşlərindən başlayan və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Zəfərlə başa çatmış şanlı qələbəmizi təhlil edib. Prof. Həsənov Vətən müharibəsində əldə olunmuş qələbənin Azərbaycanın milli birlik, həmrəyliyinin və hərbi gücünün bariz nümunəsi olduğunu da diqqətə çatdırıb.

Sonda tələbələrin sualları cavablandırılıb.

TOP XƏBƏRLƏR