A

UNEC-in İqtisadiyyat və idarəetmə fakültəsində "Korrupsiyaya qarşı mübarizə" mövzusunda tədbir keçirilib. 

Tədbirdə fakültənin dekan müavini dos. Müşrəvan Əliyev mövzunun aktuallığından danışaraq, korrupsiyaya şərait yaradan hallar, müvafiq halların qarşısının alınmasının nüanslarını tələbələrin diqqətinə çatdırıb.

Sonra "İqtisadiyyat" kafedrasının baş müəllimi Aytən İbadova çıxışında korrupsiya hallarının dövlətin inkişafına mənfi təsir göstərdiyini və dövlət qurumlarının bununla bağlı mübarizə tədbirlərinin olduğunu qeyd edib.

TOP XƏBƏRLƏR