Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Maliyyə və mühasibat fakültəsində 17 Noyabr – Milli Dirçəliş Günü münasibətilə tədbir keçirilib.
Tədbiri giriş sözü ilə Maliyyə və mühasibat fakültəsinin dekanı dosent Hafis Hacıyev açaraq, 17 Noyabr – Milli Dirçəliş Gününün Azərbaycanın müstəqilliyinin bərpasında mühüm hadisə olduğunu vurğulayıb. H.Hacıyev Ulu öndərin hakimiyyəti dövründə respublikamızın ictimai-siyasi, iqtisadi və mədəni-mənəvi tərəqqisində misilsiz nailiyyətlər qazandığını qeyd edib.
“Humanitar fənlər” kafedrasının baş müəllimi Cəmilə Həsənova “17 Noyabr – Milli Dirçəliş Günüdür” mövzusunda çıxış edib. O, Azərbaycan xalqının azadlıq mübarizəsinin əsas mərhələlərindən biri kimi adını şanlı tariximizə yazdıran Milli Dirçəliş Gününün əhəmiyyətindən danışıb. C.Həsənova tədbirdə Ulu öndər Heydər Əliyevin siyasi uzaqgörənliyi və müdrikliyi ilə müstəqil Azərbaycanın müasir inkişaf yoluna qədəm qoyduğunu, Ümummilli liderin siyasi kursunun Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb.
Tədbirin sonunda tələbələri maraqlandıran suallar cavablandırılıb.