×

Xəbərdarlıq

Joomla\CMS\Cache\Storage\FileStorage::_deleteFolder JFolder: :delete: Kataloqu silmək alnmadı. Yol: /home/news/web/news.unec.edu.az/public_html/cache/page


A

UNEC Dizayn Məktəbində 12 Noyabr Konstitusiya Gününə həsr edilən tədbir keçirilib.

Tədbirdə UNEC Dizayn Məktəbinin direktoru dos.Lalə Məmmədova 1995-ci ilin 12 noyabrında qəbul olunmuş yeni konstitusiyanın çoxəsrlik dövlətçilik ənənələrimizə əsaslandığını bildirib.

Sonra “Dizayn” kafedrasının müdiri dos.Elfanə Qasımova çıxış edərək, Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə Müstəqil Azərbaycanın yaradılmış ilk Konstitusiyasının dövlətçiliyimizin möhkəmləndirilməsi baxımından mühüm ictimai-siyasi hadisə olduğu xüsusilə vurğulayıb. 

Dizayn kafedrasının müəllimi Nərminə Namazova çıxış edərək, bildirib ki, Azərbaycan Konstitusiyası fundamental bir sənəd kimi demokratik inkişaf, hüquqi dövlətçilik və insan hüquqları sahəsində dünya təcrübəsinin nailiyyətlərini özündə əks etdirir.

TOP XƏBƏRLƏR