A

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Maliyyə və mühasibat fakültəsində 9 Noyabr – Dövlət Bayrağı Günü münasibətilə tədbir keçirilib.

Tədbir Vətənimizin ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb.

Tədbiri giriş sözü ilə Maliyyə və mühasibat fakültəsinin dekanı dosent Hafis Hacıyev açaraq, müqəddəs rəmzlərimizdən olan bayrağın xalqımızın varlığının sübutu, müstəqil dövlət qurmaq və ona sahib çıxmaq bacarığının əsas göstəricisi olduğunu qeyd edib.

Sonra “Humanitar fənlər” kafedrasının baş müəllimi Cəmilə Həsənova “Bayrağımız kimliyimiz, mənliyimiz və qürur mənbəyimizdir” mövzusunda çıxış edib. O, dövlət bayrağının milli suverenliyin simvolu dövlətçilik rəmzimiz olduğunu deyib. Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan bu bayrağın bizim azadlığımızı, milli-mənəvi dəyərlərə və ümumbəşəri ideallara sadiqliyimizi nümayiş etdirdiyini vurğulayıb.

Tədbirin sonunda tələbələri maraqlandıran suallar cavablandırılıb.

TOP XƏBƏRLƏR