A

UNEC-in “İqtisadiyyat” kafedrasında müəllim və tələbə heyətinin iştirakı ilə “Təhsil işçilərində antikorrupsiya davranış modelinin formalaşdırılması” mövzusunda maarifləndirici tədbir keçirilib.

Tədbirdə kafedranın müəllimləri Aytən İbadovaGültəkin Rüstəmova çıxış edərək, təhsil sahəsində korrupsiyaya qarşı mübarizə və təhsil işçilərində etik davranış prinsiplərinin gücləndirilməsi məsələlərinin vacibliyini vurğulayıblar. Bu sahədə müasir hüquqi və etik standartların təhsil sektorunda tətbiqinin, cəmiyyətdə şəffaflıq və hesabatlılıq prinsiplərinin gücləndirilməsinə xidmət etdiyini bildiriblər.

Tədbirin sonunda iştirakçılarla korrupsiya ilə mübarizəyə dair müzakirələr və fikir mübadiləsi aparılıb.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay