A

UNEC-in Ümumi Fənlərin Tədrisinin Təşkili Departamentinin (ÜFTTD) və Biznes və menecment fakültəsinin birgə təşkilatçılığı ilə 17 Noyabr - Milli Dirçəliş Gününə həsr olunan tədbir keçirilib.

Tədbirdə Ümumi Fənlərin Tədrisinin Təşkili Departamentinin (ÜFTTD) direktoru dosent Gülnarə Rzayeva, Biznes və menecment fakültəsinin dekan müavini Elbrus Əkbərov çıxış edərək, tələbələrə Azərbaycanın müstəqillik tarixi və Milli Dirçəliş Günü haqqında ətraflı məlumat veriblər. Həmçinin Ulu Öndər Heydər Əliyevin siyasi uzaqgörənliyi və müdrikliyi ilə müstəqil Azərbaycanın müasir inkişaf yolundan söz açıblar. 

Sonra “Humanitar fənlər” kafedrasının dosenti Xədicə Abbaslı mövzu ilə bağlı çıxış edərək, Milli Dirçəliş Gününün Azərbaycan xalqının istiqlaliyyət uğrunda mübarizəsində əsas mərhələlərindən  olduğu vurğulayıb. O, Ulu Öndər Heydər Əliyevin milli dövlətçiliyimizin dirçəlişi istiqamətində atdığı addımlardan bəhs edib.

Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay