UNEC-in İqtisadiyyat və idarəetmə fakültəsində COP29 çərçivəsində mühazirə keçirilib.
“İctimai idarəetmə və sosial innovasiyalar” kafedrasının təşkilatçılığı ilə keçirilən tədbirdə kafedra müdiri, dosent Elşən Məmmədov çıxış edərək, Bakıda keçirilən COP29 tədbirinin uğurla başa çatdığını diqqətə çatdıraraq, tədbirin ölkəmizin beynəlxalq arenada nüfuzunun daha da artacağına səbəb olacağını vurğulayıb.
Məruzəçi, "İctimai idarəetmə və sosial innovasiyalar" kafedrasının dosenti İlqar Xəlilov COP29 və onun nəticələri haqqında geniş açıqlama verərək, atmosferə atılan zərərli qazların miqdarının azaldılmasında Bakı razılaşmasının əhəmiyyətindən bəhs edib. Bildirib ki, iqlimlə bağlı məqsədlərə nail olmaq üçün əldə olunan nəticə məqsədə çatmaq üçün irəliyə doğru atılmış əhəmiyyətli bir addımdır. O, həmçinin COP29-da inkişaf etmiş ölkələrin iqlim maliyyəsi üzrə qəbul etdikləri maliyyə öhdəliyinin müvəffəqiyyətlə yerinə yetirilməsinin zəruriliyini qeyd edib.
Sonda auditoriyanın sualları məruzəçi tərəfindən ətraflı cavablandırılıb.