A

UNEC Dizayn Məktəbində COP 29 çərçivəsində "İşğal altında olmuş torpaqlarda törədilən ekoloji terror” mövzusunda maarifləndirici tədbir keçirilib.

Tədbiri giriş sözü ilə açan "Dizayn" kafedrasının müəllimi, UNEC Dizayn məktəbi Tələbə Elmi Cəmiyyətinin (TEC) sədri Nərminə Namazova 30 il ərzində torpaqlarımızda düşmənin əsl vandallıq aktları törətməsini xüsusi vurğulayaraq, dövlət qoruqları, qiymətli ağac və digər nadir biomüxtəliflik nümunələrinin işğalçı dövlət tərəfindən məhv edildiyini tələbələrin diqqətinə çatdırıb. O, törədilən ekocinayətlərin ekoloji problemlər yaratmaqla, bütün dünyanın bioloji müxtəlifliyinə vurulan zərbə olduğunu söyləyib, işğal dönəmində ölkəmizin ərazisində aparılan hərbi əməliyyatların atmosferi, su mənbələrimizi və torpaqlarımızı bioloji, kimyəvi və fiziki çirklənməyə məruz qoyduğunu vurğulayıb.

TOP XƏBƏRLƏR