Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) nəzdində fəaliyyət göstərən Maliyyə-İqtisad Kollecində Psixoloji Xidmət Mərkəzinin birgə dəstəyi ilə “Məişət zorakılığının qarşısının alınması və asudə vaxtların səmərli keçirilməsi” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbiri giriş sözü ilə açan Kollecin direktor müavini Murad Muradov, mövzunun əhəmiyyətindən danışaraq, məişət zorakılığı ilə bağlı problemlərin hələ də öz aktuallığını saxladığını bildirib.
Sonra Psixoloji Xidmət Mərkəzinin psixoloqları Mərziyə Əzməmmədova və Küşvər Abdullayeva çıxış edərək, məişət zorakılığının yaranma səbəbləri, fəsadları və ölkə rəhbərliyi tərəfindən yetkinlik yaşına çatmayanların hüquqlarının müdafiəsinə xüsusi diqqət ayrıldığını qeyd ediblər .
Sonda tələbələrin mövzu ətrafında sualları cavablandırılıb.