A

UNEC-in Rus iqtisad məktəbində Ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunan seminar keçirilib.

Seminarın açılışından öncə Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi ehtiramla yad edilib.

Sonra direktor müavini, tarix üzrə fəlsəfə doktoru Anar Eyyubov çıxış edərək, Ulu Öndər Heydər Əliyevin Azərbaycanın müstəqilliyi, inkişafı və güclü dövlət kimi beynəlxalq aləmdə tanınması istiqamətində göstərdiyi misilsiz xidmətlərdən bəhs edib. O, Ümummilli liderin irsinin, onun ideyalarının gənc nəsillərə nümunə olduğunu diqqətə çatdırıb.

Seminar tələbələrin Ulu Öndərin zəngin irsinə həsr olunmuş çıxışları ilə davam edib.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay