UNEC Dizayn Məktəbi Məzun Assosiasiyasının professor-müəllim heyəti və “Dizayn” ixtisasında təhsil alan tələbələrin iştirakı ilə növbəti tədbiri kecirilib.
Tədbirin bu dəfəki qonaqları xaricdə yasayan məzunlar- Almaniyada "O.S.T Straßen - und Tiefbau GmbH" şirkətində tikinti rəhbəri kimi çalışan Məhərrəm Məhərləmov və Şimali Kipr Türk Respublikası "Derviş Bağzıbağlı Moda Şirkəti"nin aparıcı modelyer-dizayneri Şəlalə Soltanova olub.
Tədbiri giriş sözü ilə açan UNEC Dizayn Məktəbi Məzun Assosiasiyasının koordinatoru dosent Yeganə Ağamalıyeva qonaqlar haqda geniş məlumat verdikdən sonra məzunlar qazandıqları iş təcrübələrini tədbir iştirakçıları ilə bölüşüblər.
Məhərrəm Məhərləmov Berlində göstərdiyi fəaliyyət növü, yeni innovativ materialların istifadəsi və Almaniyada ən çox müraciət olunan memarlıq üslubları haqqında ətraflı danışıb. O, xaricdə memar-dizayner kimi fəaliyyət göstərməyin uğurlu tərəflərini vurğulayıb.
Şəlalə Soltanova isə Türkiyədə moda sənayesinin müasir inkişaf tempi, rəqabətli bazar şəraitində moda brendlərinin dəyişməz mövqeyinin qorunması yolları barədə ətraflı məlumat verib. O, Azərbaycan, Türkiyə və bir sıra dünya ölkələrində insanların modaya münasibətinin oxşar və fərqli cəhətlərini müqayisə edib.
Sonda “Dizayn” kaferdasının baş müəllimi Gülçöhrə Salehzadə dizayn sahələrindəki aktual məsələlərdən danışaraq, məzunları maraqlandıran suallara cavab verib, tələbə və məzunlara təhsil və karyeraları ilə bağlı tövsiyələr veriblər.