A

UNEC-in Beynəlxalq İqtisadiyyat Məktəbinin tələbələ mentorlarının iştirakı ilə  Ümumxalq Hüzr Gününün 35-ci ildönümünə həsr olunan  tədbir keçirilib. 

Tədbirdə “Maliyyə” ixtisasının 3-cü kurs tələbə mentoru Ayan Dəmirli və “İqtisadiyyat” ixtisasının tələbə mentoru Nihad Hacılı 20 Yanvar faciəsinə həsr etdikləri təqdimatla çıxış ediblər. 

Ayan Dəmirli çıxışında 20 yanvar faciəsinin tarixindən söz açaraq, həmin hadisələrin Azərbaycanın müstəqillik mübarizəsindəki, eləcə də milli şüurun formalaşmasındakı rolundan danışıb. O, həmin qanlı terror zamanı xalqın nümayiş etdirdiyi qəhrəmanlıq və birlik əzminin gələcək nəsillərə örnək olduğunu vurğulayıb. 

Nihad Hacılı isə çıxışında 20 Yanvar faciəsinin siyasi və iqtisadi nəticələrinə diqqət çəkib və hadisələrin xalqın müstəqillik arzularını daha da gücləndirdiyini qeyd edib. O, təqdimatında həmin dövrün sosial-iqtisadi vəziyyətini təhlil edərək, faciənin Azərbaycanın ictimai-siyasi mühitinə təsirini təhlil edib. 

Hər iki tələbə çıxışlarını foto və video materiallarla zənginləşdirərək, faciəni əks etdirən faktlarla tədbir iştirakçılarının diqqətinə çatdırıb. 

TOP XƏBƏRLƏR