A

UNEC-in  Rus İqtisad Məktəbində (RİM) 20 Yanvar hadisələrinin 35-ci ildönümünə həsr edilən tədbir keçirilib.

Tədbirin açılışında şəhidlərin əziz xatirəsi ehtiramla yad edilib.

RİM-in direktor müavini dosent Anar Eyyubov tədbirdə çıxış edərək, 20 Yanvar faciəsinin Azərbaycan tarixinin hüznlü, eyni zamanda, şərəfli səhifələrindən biri olduğunu qeyd edib. 20 Yanvar hadisələrinin Azərbaycan xalqının demokratiya və milli azadlıq uğrunda mübarizəsini boğmaq, xalqa mənəvi zərbə vurmaq məqsədilə gerçəkləşdirildiyini deyən A.Eyyubov vurğulayıb ki, buna baxmayaraq, xalqımız Vətənin suverenliyi və bölünməzliyi uğrunda möhkəm dayandı.

20 Yanvar faciəsinə həsr olunan videoçarx nümayiş olunub.

TOP XƏBƏRLƏR